Xəbər lenti

52 nəfərdə donuz qripi virusu tapıldı - ŞOK
Ölkə08:34 08.02.2013

52 nəfərdə donuz qripi virusu tapıldı - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kosovonun paytaxtı Priştina Universiteti xəstəxanasının İnfeksiya bölməsində donuz qripinə yoluxan 52 nəfərin müalicə aldığı bildirilib.

Ölkənin Milli Səhiyyə Qurumu 52 nəfərin donuz qripi olaraq tanınan H1N1 virusu daşıdığını qan analizləri aparıldıqdan sonra müəyyənləşdirildiyini bəyan edib. Həkim Saleh Əhmədi verdiyi açıqlamada xəstaxanada müalicə olunan 52 xəstədən 3-nün vəziyyətinin həddən artıq ağır olduğunu deyib.

Priştina Universitetinin epidemioloqu Nasir Ramadani hazırda qripin geniş yayılmasının qarşısını almaq üçün 100 min peyvəndin vurulduğunu söyləyib.

Dünya Səhiyyə Təşkilatı da Kosovoya öz nümayəndəsini göndərib.


Qaynar.info