
52 yaşlı Kortni Koks uzun müddətdir ki, öz izləyicilərini gozəl formada qalmağı ilə təəccübləndirir.
Qaynarinfo.Az axsam.az-a istinadən xəbər verir ki, məşhur aktrisa son müsahibələrindən birində plastik əməliyyat cərrahları haqqında təəssüf hissi keçirdiyini etiraf edib:
"Qocalmaqla barışmaq çox çətindir. Hər zaman yaşımdan cavan görünmək istəmişəm, amma bu qənaətə gəldim ki, bunu heç vaxt dayandırmaq mümkün deyil. Plastik əməliyyatlar da qocalığın qarşısını almır. Hərdən öz şəkillərimə baxıb fikirləşirəm ki, çox pis görünürəm. Bəzən isə seçdiyim bəzi qərarlara təəssüflənirəm. Sevindirici haldır ki, onların təsiri az nəzərə çarpan olur" deyə etiraf edib.
Qərb mətbuatı aktrisanın ən azı dörd dəfə üz dartma, botoks cerrahından keçdiyini yazıb. Jurnalistlərin sözünə görə, bu cərahiyyə əməliyyatlarının birində aktrisanın sifəti dəhşətli dərəcədə şişib. Estetik cərrahiyyə və kosmetologiya məsələləri üzrə mütəxəssislər onun fotoşəkillərinin təhlili zamanı qeyd ediblər ki, bu əməliyyatlar heç də uğurlu olmayıb.
Kortni isə cavab olaraq "artıq mənim indi yeni devizim var, qoy, hər şey təbii olsun və nə olacaqsa, olsun" deyə bildirib.
Qaynarinfo.Az