Xəbər lenti

6 ermənini öldürən rus əsgər DANIŞDI
Dünya13:05 17.01.2015

6 ermənini öldürən rus əsgər DANIŞDI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Gümrü şəhərində bir ailənin 6 üzvünü öldürən rus hərbçi törətdiyi qətlin səbəbini açıqlayıb. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, şübhəli Valeri Permyakovun vəkili müdafiə etdiyi şəxsin qətli törətməsi ilə bağlı söylədiklərini mətbuata çatdırıb. 
Vəkilin sözlərinə görə, dindirilmə prosesi zamanı əsgər sualların böyük əksəriyyətinə ancaq “deyə bilmərəm” deyə cavab verib. 
İfadə verən hərbçi vurğulayıb ki, susuzluq hiss edib və evə təsadüfən, pəncərədən daxil olub. Həmin zaman otaqlardan birində bir nəfər olub, o səsə oyanaraq qışqırmağa başlayıb. Ev sahibi telefona əl atanda isə öncə ona, daha sonra evdəki digər şəxslərə atəş açıb. 
Hərbçi daha sonra izi itirmək üçün paltarını dəyişdiyini, su içib evdən çıxdığını qeyd edib. İfadəsi zamanı Permyakov Türkiyəyə qaçmaq niyyətinin olmadığını da vurğulayıb.
Qaynar.info