Bakı Şəhər İcra Hakimiyyəti ilə "Yeni Dünya" Mənzil-Tikinti Kooperativi (MTK) arasında məhkəmə çəkişməsi davam edir.
Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instasiyasında iddiası təmin olunmayan MTK apellyasiya şikayəti verib.
Məlumat üçün deyək ki, "Yeni Dünya"nın iddiasına Bakı Kommersiya Məhkəməsində baxılıb. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat olmasa da, iddialara görə, məhkəmə çəkişməsi torpaq münasibətləri ilə bağlıdır. Bəzi məlumatlara görə, meriya MTK-nın bina tikmək istədiyi əraziyə sərəncam vermir.
Başqa məlumatlarda isə məhkəmə çəkişməsi MTK-nın apardığı tikintinin dayandırılması ilə əlaqələndirilir. Bu məlumatları tərəflərlə dəqiqləşdirmək mümkün olmayıb.
"Yeni Dünya" MTK-nın apellyasiya şikayətinə gəlincə, buna Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Aidə Hüseynin icraatındadır. Məhkəmə iclasının vaxtı hələ ki, müəyyənləşməyib.
"Yeni Dünya" MTK 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 535 500 AZN-dir. MTK-nın qanuni təmsilçisi İmanova Nazilə Xaliq qızıdır. Açıq mənbələrdə Nazilə İmanova haqqında heç bir məlumata rast gəlinmir.
"Yeni Dünya" MTK Bakıda hündürmərtəbəli yaşayış binalarının inşasını həyata keçirir.
Seyid
Şərhlər