Xəbər lenti

61 yaşlı qadının ölümü ilə bağlı RƏSMİ MƏLUMAT
Ölkə05:34 16.01.2014

61 yaşlı qadının ölümü ilə bağlı RƏSMİ MƏLUMAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən gün Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1953-cü il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən Manafova Xoşavaz İsa qızı hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində X.Manafovanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 23:14-də başa çatıb.

Qaynar.info