Xəbər lenti

7 il əvvəl baş verən qanlı cinayəti Qusar polisi necə açdı?
Ölkə16:05 10.03.2017

7 il əvvəl baş verən qanlı cinayəti Qusar polisi necə açdı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Əməliyyat-istintaq tədbirləri zamanı Zabit Nacıyevin daha bir oğurluq əməli üzə çıxıb

Qusar polisi 2010-cu ildə baş vermiş bir güllələnmə hadisəsinin üstünü açmağa müvəffəq olub. Belə ki, həmin vaxt rayonun Çiləgir kənd sakini, 37 yaşlı Bəhmən Bəklər oğlu Hacıyev naməlum şəxs tərəfindən ov tüfəngi ilə xəsarət almışdı. Onun güllə yarası alması ilə bağlı 2010-cu ildə Qusar polis şöbəsində cinayət işi açılmışdı. Hadisənin kim tərəfindən törədilməsi müəyyənləşmədiyindən açılmış cinayət işi bağlı qalmışdı.

Bu günlərdə - 2017-ci il fevral ayının 28-də Qusarın Çiləgir kəndində Zabir Nazur oğlu Əlirzayevin evindən mis məmulatından olan əşya və qabları oğurlanması faktı 7 il əvvəlki bağlı cinayətin açılmasına təkan verib. Əməlliyyatçıların araşdırması zamanı məlum olub ki, oğurluğu törədən, mis qabları metaləritmə sexinə satan Qusarın Çiləgir kənd sakini, 38 yaşlı Zabit Hacıyevdir. Onun ətrafında işlənərkən Zabitin 2010-cu ildə qardaşı Bəhməni ehtiyatsızlıqdan ov tüfəngi ilə yaraladığı məlum olub. Zabit Hacıyev həmin qanlı hadisəni də, mis oğurluğunu da etiraf edib. Əməliyyat-istintaq tədbirləri zamanı Zabit Nacıyevin daha bir oğurluq əməli üzə çıxıb.

2016-cı ildə Qusarın Urva kəndində Aqil Ələkbərova məxsus istirahət mərkəzindən müxtəlif məişət əşyaları və tikinti materialları oğurlayan şəxsin də Zabit Hacıyev olması müəyyənləşib. Polis tərəfindən saxlanılıb dindirilən Zabit Hacıyev oğurluq əməllərini də boynuna alıb. Hazırda əvvəlki illərdən qalma cinayətlərin də Zabit Hacıyev tərəfindən törədilməsi nəzərə alınaraq yeni oğurluğu da əlavə olunmaqla Qusar polis şöbəsinin istintaq bölməsində onun barəsində cinayət işi açılıb.

Qaynar.Az