Xəbər lenti

700 bal toplayan abituriyent danışdı (FOTO)
Ölkə12:30 17.07.2013

700 bal toplayan abituriyent danışdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Bir il öncə rəhmətə gedən atam da mənim hüquqşünas olmağımı istəyirdi”.

Bunu ANS PRESS-ə açıqlamasında III qrup üzrə keçirilən qəbul imtahanında maksumum nəticə-700 bal toplayan Məhəmməd İsmayılov deyib. Bakı şəhər Nərimanov rayonu 258 saylı məktəbin yetirməsi olan abituriyent imtahandan belə nəticə göstərəcəyini gözləmədiyini deyir: 

“Bakıda anam və bacımla birgə yaşayıram. Bir il öncə rəhmətə gedən atam da sağ olsaydı bu uğuruma sevinərdi. O hüquq işçisi idi və mənim də hüquqşünas olmağımı istəyirdi. Mən sınaqlarda 670-680 bal toplayırdım. Düzü bu nəticəni göstərəcəyimə inanmırdım.”

Hüquqşünas olmaq istəyən Məhəmməd İsmayılovun sözlərinə görə, hazırda Bakı Dövlət Universiteti ilə Prezident yanında İdarəçilik Akademiyası arasında seçim edə bilməyib.