Xəbər lenti

73 yaşlı Rəmiş: "Sosial şəbəkədə qızlarla tanış oluram"
Maqazin14:35 15.08.2017

73 yaşlı Rəmiş: "Sosial şəbəkədə qızlarla tanış oluram"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xalq artisti Rafiq Hüseynov (Rəmiş) sosial şəbəkədə özünə profillər açıb.

"Qaynarinfo" axşam.az-a istinadən xəbər verir ki, gitara ifaçısı bu haqda “ATV maqazin onlarla” verilişində deyib.

Rəmiş bildirib ki, "Facebook" və İnstaqramda yeni dostlar tapıb: "O qıza yığıram, bu qızla danışıram. Dostluq edirəm, tanış oluram. Biri ilə dost olmuşam, adı Arzudur. Hətta onunla görüşmüşəm də".

İfaçı "Gitaranızı kimə vəsiyyət edəcəksiniz" sualına belə cavab verib: "Gitaramı kiməsə vəsiyyət etməyəcəm. Özümlə aparıb basdıracam. Məndən yüksəkdə olan yoxdur. Ona görə də gitaramı heç kimə rəva bilmirəm".

Qaynarinfo.Az