Ölkə 18:39 13.01.2023

8 ədəd “Kinder”ə görə bir ay həbsdə yatacaq

Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsində yerləşən "Spar” marketdə oğurluq hadisəsi baş verib.

Qaynarinfo-nun məlumatına görə, oğurluq zamanı marketdən 16.40 manat dəyərində 8 ədəd "Kinder” şokoladı oğurlanıb. Polisin apardığı araşdırma zamanı hadisəni Zamir (şərti) adlı şəxsin törədildiyi müəyyənləşib.

Zamir məhkəmədə törətdiyi əməli etiraf edərək, buna görə səmimi peşman olduğunu, yüngül inzibati tənbeh verilməsini xahiş edib. 

Səbail Rayon Məhkəməsinin hakimi İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən prosesdə Zamir İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1 ay müddətə inzibati həbs tətbiq edilib.

Əhməd