Füzuli rayonunda dəhşətli yol qəzası baş verib. Femida.az xəbər verir ki, hadisə rayonun Bala Bəhmənli kəndinin 4 yol deyilən ərazisində qeydə alınıb.
“BMW” markalı maşın yolun kənarında dayanan 8 şəxsi vurub. Onlardan bir nəfəri hadisə yerindəcə keçinib. O, Quliyev İlkin İdris oğludur. İlkin qəzadan bir ay əvvəl ailə həyatı qurubmuş. Qəzada yaralanan daha bir nəfər - Kərimov Babək Arif oğlu da aldığı çoxsaylı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişib. Digər 6 şəxs isə rayon xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağır qiymətləndirilir.
Vurulan şəxslərin hamısının eyni sinfi bitirmiş, 24-25 yaşlarında gənc oğlanlar olduğu deyilir. Onlar rayonun Araz Dilağarda kənd sakinləridir.
Qaynar.info