Xəbər lenti

8 uşaq atası olan itkin neftçinin cəsədi tapıldı
Ölkə15:01 22.03.2017

8 uşaq atası olan itkin neftçinin cəsədi tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Martın 20-də dənizdə tapılan kişi meyitinin itkin düşən neftçi olduğu müəyyənləşib.
Qərargahdan "Qaynar"a verilən məlumatına görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 20-də aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində “nasos qurğularının maşinisti” vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Zülfüqarov Güloğlan Hacıbala oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, Güloğlan Zülfiqarov Ələt rayon sakini olub və 8 övladı atasıdır.
Qaynar.Az