Xəbər lenti

80 yaşlı aktyor əsgərlikdən qaçdığı üçün saxlanıldı
Dünya05:41 29.01.2015

80 yaşlı aktyor əsgərlikdən qaçdığı üçün saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Qu quşu” adlı tamaşa ilə Türkiyənin İzmir şəhərində qastrol səfərində olan aktyor Kayhan Yıldızoğlu polis bölməsinə aparılıb.
Axar.az xəbər verir ki, 80 yaşlı aktyorun qaldığı otelə gələn polis ona fərari olduğu üçün bölməyə getməli olduğunu bildirib.
Böyük həyəcan keçirən aktyor o an yaşadıqlarını bu sözlərlə izah edib:
“Mən əsgərliyimi 1957-ci ildə İstanbulda kiçik leytenant olaraq başa vurmuşam. Yenə də çox narahat oldum. Polis bölməsinə gedəndə həqiqət ortaya çıxdı. Köhnə dəftərlər kompüterə köçürülərkən itib. Mən də sənədlərdə fərari kimi qeyd edilmişəm. Polis bölməsində polislərin isti münasibəti məni yumşaltdı. Tərxis vərəqəmi verəndə problem kökündən həll olunacaq”.
Qaynar.info