Xəbər lenti

88 yaşlı kişi intihar etdi
Ölkə09:07 04.07.2013

88 yaşlı kişi intihar etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bərdədə intihar hadisəsi olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bərdə rayonu Xanərəb kənd sakini, 1925-ci il təvəllüdlü Fazil Cəfərov özünə qəsd edib.

Yaxınlarının verdiyi xəbərə görə, mərhum uzun müddətdir, xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Son aylar isə ağrıları daha da  ağırlaşıb.

İlkin ehtimala görə, onun özünə qəsd etməsinin əsas səbəbi də xəstəliyinin ağırlaşması olub.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Qaynar.info