Bu il Ukraynada 1241 qətl hadisəsi baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Yuri Lutsenko məlumat verib.
Baş prokuror bildirib ki, ilin 9 ayı ərzində 1717 quldurluq, təxminən 2000 nəfərə qarşı hücum faktı qeydə alınıb.
Hazırda Ukraynada 3 milyondan çox vətəndaş qeyri-qanuni silah gəzdirir. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin hesabatında qeyd edilir.