Xəbər lenti

Ağ Evdə artan böhran: 34 nəfərdə koronavirus aşkar edildi
07:02 08.10.2020

Ağ Evdə artan böhran: 34 nəfərdə koronavirus aşkar edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağ Evin yüksək rəhbərlik işçiləri və əlaqələndirici şəxsləri arasında 34 koronavirus infeksiyası hadisəsi aşkar edilib.

Qaynarinfo bu haqda ABC TV Federal Fövqəladə İdarəetmə Agentliyinin (FEMA) daxili sənədinə istinadən xəbər verir.

Qeyd olunan hadisələr arasında Prezident Donald Tramp, xanımı Melaniya, dövlət başçısının mətbuat katibi, seçki qərargahının direktoru, Respublikaçı Milli Komitənin rəhbəri, prezidentin köməkçiləri Houp Hiks və Stiven Millerin də olduğu qeyd edilib.

Telekanalın qeyd etdiyi kimi, bu məlumatlar "Ağ Evdə artan böhran"ı təsdiqləyir və eyni zamanda səlahiyyətlilərin virusun yayılması barədə məlumatları bloklamağa çalışdıqlarını göstərir.

Alpər

Oxşar xəbərlər