Xəbər lenti

Ağ Evdə "yumruqlaşma"
Dünya12:07 16.05.2014

Ağ Evdə "yumruqlaşma"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu foto Amerikada, Vaşinqtonda, Kapitolidə, Ağ Evdə çəkilib. Dəhlizlə oval kabinetə gedən prezident Barak Obama administrasiyasının sıradan bir texniki işçisi ilə rastlaşır və onunla "yumruqlaşır".

Bu, baş nazir Ərdoğanın Manisada zərərçəkən mədənçi ailəsinin üzvünü yumruqlamasından deyil, bu, xeyli başqa məsələdir. 

Amerikada qaydadır, bizimki beş barmaqla əl tutuşub "salam-salam" eləmirlər, hərdən bu cür, "hay" və ya "hello" deyərək yumruqlarını bir-birinə vururlar. Hətta bizdə dəbdə olan "çək, gəlsin" deyə əli yuxarıdan gətirərək bir-birinə şappıldatmaq manerası Amerikada daha geniş yayılıb. Olur ki, rektor tələbəsi ilə o cür salamlaşır. 

Amma bu, prezidentdir, dünyanın ən qüdrətli dövlətinin birinci adamıdır, buna adi bir fəhlə ilə o cür zarafatlaşaraq görüşmək yaraşarmı? 

Belə görünür ki, bu, onlarda adi haldır. 

Deyilə bilər ki, piardır. O da ola bilər. Ancaq Amerika preizdentinin gününün yarısı fotoreportyorların gözünün qarşısında keçir, ona görə də belə epizodları xüsusi təşkil etməyə ehtiyac qalmır. 

Bu arada Ağ Evdə görünən qara adamların sayının çoxluğu da diqqət çəkir. Amma vaxt vardı, onlar ağların avtobusuna minə bilmirdilər.

Qaynar.info