
Ötən gün Bakıda əsən güclü külək mərkəzi küçələrdən birində ağacı kökündən qoparıb və avtomobilin üstünə atıb.
1news.az-ın verdiyi məlumata görə, hadisə Səbail rayonu Tolstoy küçəsində avtomobil dayanacağında baş verib. Nəticədə bir neçə avtomobilə ziyan dəyib. Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

