Xəbər lenti

Ağac kəsən rəis cərimələndi - 6 min manat
Ölkə09:36 22.02.2016

Ağac kəsən rəis cərimələndi - 6 min manat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Qaynar Xətt”inə Binəqədi rayonu Mir Cəlal küçəsi 41 saylı binanın yaxınlığında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. 
Nazirliyin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Araşdırma zamanı sözügedən ünvanda 3 ədəd şam ağacının Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyinin Binəqədi rayon Yaşıllaşdırma Sahəsi rəisinin göstərişi əsasında qanunsuz kəsilməsi faktı aşkarlanıb.
Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 92.2 maddəsinə müvafiq olaraq Binəqədi rayon Yaşıllaşdırma sahəsinin rəisi Maşallah Məmmədov vəzifəli şəxs qismində 6 000 manat məbləğində cərimə edilib. 
Qaynar.info