Xəbər lenti

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu
Sənət06:18 09.06.2021

Ağadadaş Ağayev üçüncü dəfə əməliyyat olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Ağadadaş Ağayev bu gün üçüncü dəfə əməliyyat olunub.
Qaynarinfo xəbər verir ki, xərçəngdən əziyyət çəkən müğənninin əməliyyatı 2 saat davam edib.
Bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat verib: "Əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat düz 2 saat çəkdi. Belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu bəlkə də məndən yaxşı bilən yoxdur. Bu 2 saat iki gün, iki il qədər uzun sürür bəzən. Hazırda səhhəti də qənaətbəxşdir”.