
«Qəbələ»nin yeni baş məşqçisi müəyyənləşib.
Fanat.az-ın əldə etdiyi məlumata görə, uzun müddətdi işsiz olan Ağasəlim Mircavadov bölgə klubuna baş məşqçi təyin olunacaq.
Qeyd edək ki, Mircavadov son olaraq «Xəzər Lənkəran»a başçılıq edib. O, karyerası ərzində 2 dəfə «Neftçi»də, 2 dəfə «Xəzər Lənkəran»da, 2 dəfə «Qarabağ»da, «Bakı fəhləsi» və «Şəmkir»də çalışıb. 5 dəfə ölkə çempionluğunu, 2 dəfə «Birlik Kuboku»nu qazanan 65 yaşlı mütəxəssis 2008-ci ildə «Şöhrət ordeni» alıb.
Qaynar.info