Xəbər lenti

ABŞ bu gün Ukraynaya 250 milyon dollarlıq yeni yardım paketini açıqlayacaq
Dünya 16:46 06.09.2024

ABŞ bu gün Ukraynaya 250 milyon dollarlıq yeni yardım paketini açıqlayacaq

ABŞ prezidenti Co Bayden bu gün Ukraynaya 250 milyon dollarlıq yeni təhlükəsizlik yardım paketini açıqlayacaq. 

Qaynarinfo UNİAN-a istinadla xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyadakı aviabazada keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramşteyn-24) iclasının əvvəlində deyib.

"Prezident Baydenin bu gün Ukrayna üçün əlavə 250 milyon dollarlıq təhlükəsizlik yardımı paketini elan edəcəyini bildirməkdən məmnunam”, - Ostin deyib.

Onun sözlərinə görə, yeni təhlükəsizlik yardım paketi xüsusilə Ukraynanın ehtiyaclarını ödəmək üçün imkanları gücləndirməyə kömək edəcək.
ABŞ müdafiə naziri həmçinin əmin edib ki, Ukraynaya "müharibə sürətinə” uyğun olaraq yeni yardımlar gələcək.

Ostin onu da bildirib ki, iyunda keçirilən əvvəlki Ramşteyn görüşündən bəri ABŞ Ukraynaya təhlükəsizlik üçün 4 milyard dollardan çox yardım göstərməyi öhdəsinə götürüb.

Xatırladaq ki, Ukraynanın Müstəqillik Günü ərəfəsində ABŞ prezidenti Co Bayden yeni yardım paketini açıqlayıb. Buraya, xüsusən, zenit silahları və sursatları; HIMARS sursatları; 155 və 105 mm çaplı artilleriya mərmiləri; Javelin, AT-4 və TOW tank əleyhinə raketləri; atıcı silahlar üçün patronlar daxildir.

Bu gün səhər saatlarında Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynaya 200 milyon dollardan çox qiymətə 650 yüngül çoxməqsədli raketin təhvil verildiyini elan edib, tədarüklər ilin sonuna qədər başlamalıdır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->