ABŞ dövlət katibinin müavini Vedant Patel bildirib ki, ABŞ Çini mövcud dünya nizamını dəyişmək niyyətində olan yeganə rəqibi hesab edir. Onun sözlərinə görə, ÇXR bunun üçün artıq iqtisadi, diplomatik, hərbi və texnoloji güc yaradır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ rəsmisi Tvitterdə yazıb.
Qeyd edək ki, oktyabr ayında Pentaqon ABŞ-ın yeni müdafiə strategiyasını açıqlayıb və burada əsas təhlükə kimi yüksələn Çin və "hələ də” təhlükəli olan Rusiya müəyyən edilib. Vaşinqton həmçinin Pekini "gələcək onilliklər üçün ən mühüm strateji rəqib” hesab edir.
Çin Xalq Respublikasının Müdafiə Nazirliyi bu hesabatdan narazılığını bildirib. Çin həmçinin ABŞ-ı nüvə silahından istifadə həddini azaltmaqda ittiham edib.
Nizami Bağırov