Xəbər lenti

ABŞ Çinə məxfi məlumatları ötürməkdə şübhəli bilinən iki dənizçini həbs etdi
Dünya12:34 04.08.2023

ABŞ Çinə məxfi məlumatları ötürməkdə şübhəli bilinən iki dənizçini həbs etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar ABŞ Hərbi Dəniz Qüvvələrinin iki dənizçisini milli təhlükəsizliyə təhlükə törədən məxfi materialları Çinə ötürmək ittihamı ilə həbs edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb. 
Kiçik zabit Venhen Çjao (Wenheng Zhao), həssas ABŞ hərbi məlumatlarının fotoşəkilləri və videoları müqabilində təxminən 15.000 dollar alması ilə əlaqədar sui-qəsd və rüşvətdə ittiham edilir.
Çjao ABŞ-ın Hind-Sakit okeanı regionunda hərbi təlimlərinin planlarını, Yaponiyanın Okinava adasındakı ABŞ hərbi bazasında radar sisteminin naqil diaqramlarını və çertyojlarını və Ventura bölgəsində və Los Anceles yaxınlığındakı San Klemente adasında ABŞ hərbi dəniz qurğularının təhlükəsizlik detallarını Çində olan kuratoruna ötürməkdə ittiham olunur. 
Dənizçi Cinçao Vey (Jinchao Wei) minlərlə dollar müqabilində Çinə milli müdafiə məlumatlarını ötürməyə görə sui-qəsddə ittiham olunur.
Vey xidmət etdiyi USS Essex desant gəmisi, eləcə də ABŞ-ın digər hərbi gəmiləri, o cümlədən gəminin silahlarını, idarəetmə strukturunu və əməliyyatlarını təsvir edən onlarla texniki təlimatı açıqlamaqda ittiham olunur.
Baş prokurorun köməkçisi Mett Olsen bildirib ki, hərbçilərin hərəkətləri nəticəsində "məxfi hərbi məlumatlar Çin Xalq Respublikasının əlinə keçib”.
Nizami Bağırov