Rəsmi Vaşinqton Çinlə ticarət müharibəsinə hazırdır, lakin müharibəyə başlamaq istəmir.
"Report"un məlumatına görə, bunu ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir "Fox News"a müsahibəsində deyib.
"Bu, ticarət müharibəsi olmamalıdır, lakin lazım gələrsə, biz buna getməyə hazırıq. Hazırda hər iki tərəfin mövqeləri üzərində işləyirik və yaxın günlərdə irəliləyiş üçün bir yol olub-olmadığını anlamağa çalışacağıq", - o deyib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirib ki, Vaşinqton 1 noyabrda və ya ondan əvvəl Çinə tarifləri 100 % artıracaq və proqram təminatına ixrac nəzarəti tətbiq edəcək.
Şərhlər