Xəbər lenti

ABŞ-da uşaqlarına Barbi adını qoymaq istəyən valideynlərin sayı 300% artıb
Maqazin11:09 08.08.2023

ABŞ-da uşaqlarına Barbi adını qoymaq istəyən valideynlərin sayı 300% artıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da övladlarına Barbi adını vermək istəyən valideynlərin sayı 300% artıb.
Qaynarinfo xəbər verir ki, bu barədə TMZ yazır.
Mətbuatın yazdığına görə, Barbi adına marağın artmasına gəlincik həyatından bəhs edən filmin premyerası səbəb olub. Bundan əlavə, oğlanlar üçün Ken adına tələbat da 200 faiz artıb. 
Mütəxəssislərin fikrincə, Barbi adı ABŞ-da 1959-cu ildə kukla ilk dəfə satışa çıxarıldığı zaman məşhurlaşıb. Həmin dövrdə milyonda təxminən 100 körpəyə kukla adı verilib və bu adın populyarlığı 1964-cü ildə zirvəyə çatıb. Bundan sonra tendensiya azalmağa başlayıb. Bununla belə, "Barbi" qlobal kassada 1 milyard dollardan çox gəlir əldə etdikdən sonra ekspertlər daha bir artım proqnozlaşdırırlar.
Aydın