Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Jozep Borrell AB-nin Rusiya və Türkiyə ilə münasibətlərdə bir balans tapmayacağı təqdirdə qitədə sabitlik əldə etməyəcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, o bu barədə öz bloqunda yazıb.
O bildirib ki, yarandıqları gündən bəri Osmanlı və Rus İmperatorluğu bu tənliyin bir hissəsi olublar.
"Bu gün də əvvəlki kimi aydındır ki, Avropa Birliyi Türkiyə və Rusiya ilə münasibətlərində düzgün balansı tapana qədər qitədə sabitliyə nail ola bilməyəcək”, - dedi.
Bundan əvvəl Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib ki, bütün faktlar AB-nin Moskva ilə normal münasibətlərə hazır olmadığını sübut edir.
Alpər