Xəbər lenti

ABŞ Dövlət Departamentindən Qarabağdakı vəziyyətlə bağlı açıqlama
Siyasət05:00 04.08.2022

ABŞ Dövlət Departamentindən Qarabağdakı vəziyyətlə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Qarabağ ətrafında intensiv döyüşlər, o cümlədən insan tələfatı və yaralanmalarla bağlı xəbərlərdən dərin narahatdır və onu diqqətlə izləyir.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı bəyanatında bildirilib.
"Biz gərginliyi azaltmaq və vəziyyəti daha da dərinləşdirməmək üçün təcili addımlar atmağa çağırırıq. Gərginliyin son vaxtlar artması münaqişə ilə bağlı və ya ondan irəli gələn bütün qalan məsələlərin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinin zəruriliyini vurğulayır”,- deyə bəyanatda bildirilib.