Xəbər lenti

ABŞ dövlət katibi Konqresi Ukraynaya əlavə vəsait ayırmağa çağırdı
Dünya07:30 16.08.2023

ABŞ dövlət katibi Konqresi Ukraynaya əlavə vəsait ayırmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ dövlət katibi Entoni Blinken Konqresi Co Bayden administrasiyasının Ukrayna üçün əlavə maliyyə tələbini qəbul etməyə çağırıb.
Qaynarinfo "Ukrainska pravda”ya istinadən xəbər verir ki, o, bu barədə brifinq zamanı deyib.
"Mən Konqresi bu əlavə maliyyə qanun layihəsini dərhal qəbul etməyə çağırıram", - Blinken bildirib. 
O xatırladıb ki, Bayden keçən həftə Konqresdən "Ukraynanın təhlükəsizliyini, iqtisadi və humanitar ehtiyaclarını dəstəkləməyə davam etmək və Rusiya müharibəsinin nəticələrindən əziyyət çəkən digər ölkələrə kömək etmək üçün” 24,1 milyard dollar istəyib.
Onun sözlərinə görə, Dövlət Departamenti Ukraynaya Rusiya təcavüzündən çəkindirmək və müdafiə etmək üçün uzunmüddətli təhlükəsizlik öhdəlikləri üzərində ukraynalı tərəfdaşlarla işləyir.
"Ukrayna bizim dəstəyimizin uzunmüddətli xarakterini və Ukraynanı analoji öhdəliklərlə təmin edəcək bir çox digər ölkələrin dəstəyini aydın başa düşməlidir. Prezident Putin öz təcavüzünü davam etdirməyin mənasızlığını açıq şəkildə dərk etməlidir", - ABŞ dövlət katibi vurğulayıb.
Media fərz edir ki, bu dəfə vəsaiti təsdiqləmək əvvəlki hallara nisbətən daha çətin ola bilər, çünki Konqresdəki respublikaçılar Ukraynaya bu cür əhəmiyyətli dəstəyə ehtiyac olduğunu şübhə altına alan keçmiş prezident Donald Trampı dəstəkləmək üçün böyük təzyiq altındadırlar. Amerikalı seçicilər arasında isə Ukraynaya yardıma dəstək bir qədər azalıb.
Nizami Bağırov