Xəbər lenti

ABŞ hərbçisi Komandor adalarının Rusiyadan alınmasını təklif edir - 15 milyarda...
Dünya 13:48 29.07.2025

ABŞ hərbçisi Komandor adalarının Rusiyadan alınmasını təklif edir - 15 milyarda...

Amerikalı polkovnik-leytenant Cefri Frits ABŞ hakimiyyətinə Çinin bölgədəki hərəkətlərini izləmək üçün Komandir adalarını Rusiyadan 15 milyard dollara almağı təklif edib. Onun fikrincə, bu addım ABŞ-ın Çinin bölgədəki fəaliyyətlərini izləmək imkanlarını genişləndirəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə o, "Breaking Defense" nəşrində dərc olunan məqaləsində yazıb.

Frits qeyd edir ki, Komandor adaları Çinin Cianqecjuan adlı hərbi-dəniz bazasından Arktikaya uzanan ehtimal olunan marşrut boyunca yerləşir. ABŞ-ın bu marşrut üzərində nəzarəti gücləndirməsi üçün adaların alınması strateji baxımdan məqsədəuyğun sayılır.

Onun təklifinə görə, ABŞ bu potensial sövdələşmə çərçivəsində yalnız adaları deyil, ətrafdakı istisna iqtisadi zonanı, təbii sərvətləri və mövcud infrastrukturu da əldə etməlidir. Bu yolla ABŞ-ın istisna iqtisadi zonası 3,8% genişlənə bilər. Həmçinin Frits bu adaların, məsələn, Alyaska ştatının tərkibinə daxil edilə biləcəyini irəli sürüb.

Qeyd edək ki, bu, ABŞ-ın xarici ərazilərlə maraqlanması ilə bağlı ilk hal deyil. Əvvəllər sabiq prezident Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşdirilməsini təklif etmiş və bu ideyanın ABŞ milli təhlükəsizliyi və azad dünyanın müdafiəsi baxımından vacib olduğunu bildirmişdi. Lakin Danimarka hökuməti bu təklifi rədd etmişdi. 5 iyun tarixində baş nazir Mette Frederiksen Trampın bəyanatlarını qəbulolunmaz adlandırmış və Danimarkanın ABŞ qarşısında geri çəkilməyəcəyini vurğulamışdı.

2020-ci ilin iyununda isə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Şon Parnell bildirmişdi ki, Tramp ABŞ Silahlı Qüvvələrinin döyüş komandanlığı planını dəyişərək Qrenlandiyanı ABŞ-ın Şimal Komandanlığının nəzarətinə verib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->