Xəbər lenti

ABŞ-ın F-35 qırıcı təyyarəsi qəzaya uğradı (VİDEO)
Dünya12:56 29.01.2025

ABŞ-ın F-35 qırıcı təyyarəsi qəzaya uğradı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
F-35 qırıcı təyyarəsi ABŞ-ın Alyaska ştatında qəzaya uğrayıb, pilot isə təhlükəsiz vəziyyətdə qalıb.
Qaynarinfo xəbər verir ki, Alyaskadakı Eylson Hərbi Hava Qüvvələri bazasının nümayəndəsi bəyanatında insidentin hərbi bazanın uçuş-enmə zolağında baş verdiyini bildirib.
Rəsmi şəxs qəza keçirmiş F-35 qırıcısının ciddi zədələndiyini və hadisə ilə bağlı araşdırma aparıldığını qeyd edib.
ABŞ Hərbi Hava Qüvvələrinin bəyanatına əsasən, insidentdən sonra pilot təhlükəsiz vəziyyətdə olub və müayinə üçün hərbi hospitala aparılıb.
Sosial şəbəkələrdə yayımlanan kadrlarda F-35 qırıcısının havada sürüşdüyü, yerə çırpıldığı və partladığı görünür.
Alpər