Xəbər lenti

ABŞ müsadirə etdiyi Rusiya aktivlərini ilk dəfə Ukrayna üçün xərcləyəcək
Dünya08:08 04.02.2023

ABŞ müsadirə etdiyi Rusiya aktivlərini ilk dəfə Ukrayna üçün xərcləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın baş prokuroru Merrik Qarland rusiyalı iş adamının müsadirə edilən aktivlərinin Ukraynaya verildiyini açıqlayıb. 
Qaynarinfo bu barədə CNN-ə istinadla xəbər verir.
O, bu barədə Ukraynanın baş prokuroru Andrey Kostinlə görüşdən sonra açıqlama verib. Qarlandın aydınlaşdırdığı kimi, söhbət ABŞ və Avropa İttifaqı sanksiyaları altında olan iş adamı Konstantin Malofeyevin aktivlərindən gedir. O vurğulayıb ki, iş adamından ələ keçirilən vəsait Dövlət Departamentinin sərəncamına veriləcək və onlardan "Ukrayna xalqını dəstəkləmək üçün” istifadə ediləcək.
Kostin öz növbəsində, Ukraynanın bərpası üçün 5,4 milyon dollar ayrılacağını qeyd edib. O, ABŞ hakimiyyətinə göstərdiyi dəstəyə görə təşəkkür edib və qeyd edib ki, "Ukrayna xalqı bunu heç vaxt unutmayacaq”.
Alpər