Xəbər lenti

ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək
Dünya10:06 03.06.2022

ABŞ prezidenti Səudiyyə Ərəbistanına səfər edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Səudiyyə Ərəbistanının dünya bazarlarında Rusiya neft hasilatındakı azalmanı kompensasiya edəcəyini açıqlamasından bir gün sonra bəzi xəbər mənbələri ABŞ prezidenti Co Baydenin Səudiyyə Ərəbistanına gözlənilən səfərini açıqlayıb və səfərin iki ölkə arasında münasibətləri yaxşılaşdırmaq məqsədi daşıdığını açıqlayıb. 
Qaynarinfo bu barədə "New York Times"a istinadən xəbər verir.
Baydenin Səudiyyə ərəbistanına səfərinin tarixi rəsmən açıqlanmasa da, adının çəkilməsini istəməyən məmur "New York Times"a bildirib ki, Bayden ər-Riyadda Səudiyyə Ərəbistanına səfəri zamanı şahzadə Məhəmməd bin Salman ilə görüşəcək.
Onun marşrutunda Misir, İordaniya, İraq və Birləşmiş ərəb əmirlikləri də daxil olmaqla, digər ərəb ölkələrinin liderləri ilə görüşlər gözlənilir.
ABŞ prezidenti, görünür, Rusiya neftinə alternativ tapmaq və dünya bazarlarını sabitləşdirməkdə qərarlıdır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi neft hasil edən ölkələr qrupu (OPEC Plus) cümə axşamı (12 iyun) yaxın aylarda neft hasilatını gündəlik 200 min barel artıracağını açıqlayıb.
Bu xəbər Rusiya neftinə alternativ axtaran ABŞ hökuməti üçün sevindirici olub. Hələ Rusiyanın Ukraynaya təcavüzündən əvvəl ABŞ Səudiyyə Ərəbistanı ilə müxtəlif sahələrdə, o cümlədən Yəməndəki münaqişəyə son qoymaq və enerji bazarlarını sabitləşdirməkdə əməkdaşlığı artırmağa başlayıb.
M.Arif