Xəbər lenti

ABŞ qlobal treyderləri Rusiyadan neft almağa çağırdı: “Qorxmayın...” - FT
Dünya08:06 10.03.2023

ABŞ qlobal treyderləri Rusiyadan neft almağa çağırdı: “Qorxmayın...” - FT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ administrasiyası dünyanın ən böyük əmtəə treyderlərini G7-nin qoyduğu qiymət limitləri daxilində satılan Rusiya neftinin tədarükü ilə bağlı sövdələşmələrdən qorxmamağa çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times mənbələrə istinadən yazır.
Vaşinqtonun razılaşdırılmış qiymət tavanı çərçivəsində Rusiya neftinin ticarətinə qarşı çıxmamasına baxmayaraq, ən böyük müstəqil neft treyderləri bu cür sövdələşmələrdən ehtiyatlanırlar.
Qəzet mənbələrinin məlumatına görə, ABŞ Maliyyə Nazirliyinin nümayəndələri Trafigura və Gunvor ticarət şirkətlərinin menecerləri ilə görüşüblər. Görüşdə iştirak edən bir treyder "Amerikalılar bizi fəal şəkildə neft tədarükünü bərpa etməyə çağırırdılar” deyib. Co Bayden administrasiyasının rəsmisi izah edib ki, ABŞ səlahiyyətlilərinin məqsədi qiymət həddi arxitekturasında icazə verilənləri çatdırmaqdır və şirkətlər "öz qərarlarını" verməkdə sərbəstdirlər.
Qəzet qeyd edir ki, buna baxmayaraq, neft tədarükü üçün kredit verən treyderlər və banklar reputasiya risklərindən qorxurlar.
Alpər