Xəbər lenti

ABŞ Rusiyaya mal sızdıra biləcək tranzit ölkələrin siyahısını açıqladı
Dünya06:47 10.07.2022

ABŞ Rusiyaya mal sızdıra biləcək tranzit ölkələrin siyahısını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Maliyyə Nazirliyi sanksiyalara məruz qalan malların Rusiya və Belarusa daxil ola biləcəyi tranzit ölkələrin siyahısını açıqlayıb. Həmin siyahıya Gürcüstan və Ermənistan da daxil edilib.
Tam siyahı ABŞ Maliyyə Nazirliyinin iki bölməsinin - Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsinin (FinCEN) və Sənaye və Təhlükəsizlik Bürosunun tövsiyələrində yer alıb. Onlar maliyyə institutlarını Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən "fiziki və ya hüquqi şəxslərin ixrac nəzarətindən yayınma cəhdlərinə qarşı sayıq olmağa” çağırırlar.
Gürcüstan və Ermənistanla yanaşı, Rusiya Federasiyasına sanksiya tətbiq edilən malların göndərilməsi üçün "tranzit ölkələr” bunlardır: Braziliya, Çin, Hindistan, İsrail, Qazaxıstan, Qırğızıstan, Meksika, Nikaraqua, Serbiya, Sinqapur, Cənubi Afrika, Tayvan, Tacikistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan. Eyni zamanda, tövsiyələrdə vurğulanır ki, nəzarətə götürülən mallar qanuni olaraq bu ölkələrə xammal kimi ixrac edilə bilər, lakin bəzi hallarda onların "əlavə yükləmə məntəqələri hesabına” Rusiya və ya Belarusa ixracı qadağandır.
Sənaye və Təhlükəsizlik Bürosu hərbi məqsədlər üçün istifadə oluna bilən avadanlıqları xüsusi narahatlıq doğuran obyektlər kimi sadalayır: təyyarə hissələri, hidroakustik sistemləri, antenalar, spektrofotometrlər, sınaq avadanlığı, GPS sistemləri, vakuum nasosları, neft-mədən avadanlıqları və s.
Nizami Bağırov