Dünya 12:55 04.08.2022

ABŞ Senatı İsveç və Finlandiyanın NATO üzvlüyünə səs verdi

Çərşənbə günü ABŞ Senatı yekdilliklə İsveç və Finlandiyanın Şimali Atlantika Müqaviləsi, NATO-ya üzvlüyünə səs verib və Qərb müdafiə blokunun inkişafını ABŞ-ın milli təhlükəsizliyi maraqlarına uyğun qiymətləndirib.

Qaynarinfo bu narədə AP-ya istinadən xəbər verir.

İsveç və Finlandiyanın NATO-ya üzvlüyü üçün müraciət prosesini başladan Rusiyanın Ukraynaya hücumundan 5 ay sonra ABŞ Senatı NATO-nun iki Avropa ölkəsinin üzvlüyü ilə genişlənməsini 95 lehinə, bir əleyhinə səslə dəstəkləyib.

Çərşənbə günü Senatın iclasında Rusiya və Finlandiya səfirləri də Senatın əksəriyyətinin lideri olan senator Çak Şumerin dəvəti ilə iştirak edib və səsvermənin şahidi olublar.

"Associated Press"in məlumatına görə, Rusiyanın hücumuna qarşı Ukrayna tərəfdarı olan ABŞ prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü dəstəkləyir.

Xatırladaq ki, Şimali Atlantika Müqaviləsi (NATO) ABŞ və Avropa arasında ikitərəfli müdafiə əməkdaşlığını gücləndirmək məqsədi ilə 73 il əvvəl yaradılıb.

M.Arif