Xəbər lenti

ABŞ Ukraynaya daha güclü uzaqmənzilli silahlar verəcək - Nuland
Dünya 14:37 14.05.2024

ABŞ Ukraynaya daha güclü uzaqmənzilli silahlar verəcək - Nuland

Bu yay Ukrayna cəbhədə yeni uzaqmənzilli silahlar təqdim etməyi planlaşdırır. ABŞ və onun Qərb müttəfiqlərinin əsas vəzifəsi Kiyevin güc mövqeyi və öz maraqları əsasında danışıqlara hazırlaşmasını təmin etməkdir.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ dövlət katibinin keçmiş müavini Viktoriya Nuland "Meduza”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, son üç ildə ABŞ Kiyevə əhəmiyyətli hərbi və iqtisadi dəstək verib.

Nuland xüsusilə mühüm infrastrukturun bərpası, ölkənin enerji dayanıqlığının təmin edilməsi və humanitar yardımın göstərilməsi üçün xüsusi fondların yaradıldığını qeyd edib.

"Penni Pritsker də daxil olmaqla, xüsusi nümayəndələrimiz Ukrayna şəhərlərinin yenidən qurulması üzərində işləyirlər ki, insanlar evlərinə qayıda bilsinlər və ixracı canlandırsınlar”, - Nuland bildirib.

Bununla belə, o, ABŞ və müttəfiqlərinin səylərinə baxmayaraq, "Putin getdikcə daha çox zərər verir" deyib.

"Bəzi hesablamalara görə, bir neçə kilometr irəliləmək və bir neçə kəndi işğal etmək üçün hər gün minə qədər rus əsgəri cəbhədə ölür. Beləliklə, Ukraynanın ehtiyacları artır, lakin mən əminəm ki, biz onu dəstəkləməyə, o cümlədən bu yay cəbhədə görəcəyiniz yeni, daha uzun mənzilli silahların tədarükü ilə davam edəcəyik”, - Nuland yekunlaşdırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->