Xəbər lenti

“ABAD” sənətkarlıq mərkəzi açıldı - FOTOLAR
Sənət09:20 18.03.2017

“ABAD” sənətkarlıq mərkəzi açıldı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Martın 18-də "ABAD"a qoşulan ailələrin məhsullarının nümayişinihəyata keçirtmək üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuərazisində "ABAD" sənətkarlıq mərkəzi fəaliyyətə başlayıb.

Milli.Azxəbər verir ki, "ABAD" publik hüquqi şəxsin fəaliyyətinin prioritetistiqamətləri dekorativ-tətbiqi xalq sənətkarlığı və kənd təsərrüfatısahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək göstərməkdir. Busahədə ilkin olaraq Masallı, Balakən, İsmayıllı, Şəki və Bakı şəhərindənümumilikdə sənətkarlıqla bağlı 63, kənd təsərrüfatı sahəsi üzrə isə 30ailə seçilib.

İlkin mərhələdə "ABAD" sənətkarlıq mərkəzində 63ailənin 500 adda 2000-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kəndtəsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılacaqdır.

Təqdimolunan bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailətəsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi "ABAD" leybliyerləşdirilib. Bu loqotip və "ABAD" leyblinin olması həmin məhsulunorijinallığından xəbər verir.

"ABAD" bir sıra beynəlxalqtəşkilatlarla, o cümlədən də BMT-nin İnkişaf Proqramı (UNDP) iləəməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində, ailələrin biznesə cəlbedilməsini təşviq etmək üçün bir ailənin istehsal avadanlıqları ilətəchiz olunmuş ət məhsulları istehsalı konteyneri ilə təmin olunmasındaUNDP maliyyə dəstəyi göstərib.

Azərbaycan Dövlət Neft Şirkəti(SOCAR) və "ABAD" arasında 2016-cı ilin noyabr ayında imzalananəməkdaşlıq sazişinə əsasən, SOCAR Balakəndə növbəti "ABAD" mərkəzininyaradılmasına və 12 ailənin zəruri istehsal avadanlıqları, o cümlədənistehsal konteynerləri ilə təmin olunmasına dəstək göstərəcəkdir.

Qeydedək ki, Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il1047 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidentiyanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin tabeliyində "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publikhüquqi şəxs yaradılıb. "ABAD"ın yaradılmasında məqsəd AzərbaycanRespublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəaliştirakına, kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluqsəviyyəsinin artırılmasını və rəqabətqabiliyyətli ailə təsərrüfatlarınınformalaşdırılmasını dəstəkləmək üçün sosialyönümlü layihələrin həyatakeçirilməsidir.