Xəbər lenti

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır
Ekonomiks10:16 21.05.2025

ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Bakıda kişi milli minifutbol komandaları arasında dünya çempionatı - "2025 WMF Dünya Kuboku” start götürür.
Ölkəmizdə idmanın inkişafına və kütləviləşməsinə dəstək verən ABB də dünya çempionatının tərəfdaşlarındandır. Çempionatın bütün oyunları paytaxtımızdakı Milli Gimnastika Arenasında baş tutacaq.
Çempionatda 8 qrup üzrə 32 komanda yarışacaq. Dünya çempionatı 1 iyuna qədər davam edəcək.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook” səhifəsindən əldə etmək olar.