"Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) 2024-cü ilin yanvar-mart aylarında xarici valyutadan gəliri (məzənnə dəyişməsi daxil olmaqla) 12 milyon 383 min manat təşkil edib.
Valyuta.az bu barədə ABB-yə istinadən xəbər verir ki, bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2 milyon 226 min manat, yaxud da 15,2 % azdır.
2023-cü ilin yanvar-mart aylarında ABB-nin xarici valyutadan gəliri 14 milyon 609 min manat olub.
Qeyd edək ki, ABB son üç ayda 480 milyon manata yaxın kiçilib. Belə ki, 2024-cü ilin əvvəli ilə müqayisədə birinci rübün sonuna "Azərbaycan Beynəlxalq Bankı”nın cəmi aktivlərinin həcmi 3,5 % azalaraq 13,19 mlrd. manata düşüb. Halbuki, ilin əvvəlində bu rəqəm 13,67 mlrd. manat təşkil etmişdi.
Şərhlər