Xəbər lenti

Abbas Abbasov sabiq baş nazirin məclisində - FOTO
Ölkə05:46 18.11.2013

Abbas Abbasov sabiq baş nazirin məclisində - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Abbas Abbasov Türkiyənin keçmiş baş naziri Məsut Yılmazın oğlunun dünən baş tutan toyunda iştirak edib

Keçmiş baş nazirin müavini Abbas Abbasov Türkiyənin keçmiş baş naziri Məsut Yılmazın oğlunun dünən baş tutan toyunda iştirak edib.

Qaynar.info AzNews.az-a istinadən məlumatına görə, Məsut Yılmazın oğlu Hasan Yılmaz Ceren Öztürk adlı bir xanımla ailə həyatı qurub. Bir çox tanınmış iş adamlarının və dövlət xadimlərinin iştirak etdiyi toy mərasimi xüsusi dəbdədbəsi ilə seçilib. Bir çox tanınmış müğənnilərin iştirak etdiyi toy mərasimində bəylə gəlinin nikahını qeydiyyata İstanbul Şişli bələdiyyə başqanı Mustafa Sarıgül alıb.

Xatırladaq ki, Mustafa Sarıgül də bu günlərdə Cümhuriyyət Xalq Partiyasına qayıdıb və onun növbəti seçimlərdə partiyanın sədri olacağı gözlənilir.

Qaynar.info