Xəbər lenti

Abdullah Gül: "Nümayişçilərin öldürülməsi yolverilməzdir"
Dünya12:44 14.08.2013

Abdullah Gül: "Nümayişçilərin öldürülməsi yolverilməzdir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Misirdə dinc nümayişçilərin öldürülməsi yolverilməzdir və buna son qoymaq lazımdır.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Prezidenti Abdullah Gül bildirib.

Gülün sözlərinə görə, Ankara hadisələrin bu cur ssenarisini əvvəlcədən görürdü və onun qarşısını almaq üçün çox şey etdi, lakin Misirin müvəqqəti hökumətinə edilən bütün çağırışlar faydasız oldu: "Əgər Misirdə nümayişlərin dağıdılması bu ruhda davam edərsə, ölkə xaosdan qaça bilməyəcək".

Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 300-ə yaxın insan ölüb, 1500-dən çoxu isə yaralanıb.

Qaynar.info