Xəbər lenti

Abel Məhərrəmov tələbəni məhkəməyə verir
Ölkə10:01 21.02.2014

Abel Məhərrəmov tələbəni məhkəməyə verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda Bakı Dövlət Universitetində rektor Abel Məhərrəmovla tələbələr arasında görüş keçirilir.

Qaynar.info
xəbər verir ki, görüşdə iştirak edən jurnalist Mehman Hüseynov Facebook səhifəsində görüşdəki maraqlı bir hadisəni yazıb.

M. Hüseynov yazıb ki, universitet rəhbərliyinin çıxışlarından sonra sual-cavab olub. Tələbə xanımlardan biri – Rəhilə Kiçiyeva rektora şikayət edib: “Mən dərslərimi oxuyuram və hal hazırda 4cü kursdayam. Tarix məllimi məni imtahandan kəsib və bildirib ki, pul verməsən qiymət yazmayacağam. Bu özbaşnalığa kim cavab verəcək?”.

Rektor Abel Məhərəmov şikayətə cavab olaraq deyib: “”Bu tələbəni qeydə alın və bu gün onu məhkəməyə verin. Universitetə və müəllimə şər atmağına görə, məhkəmədə cəzalandırsın və hamıya dərs olsun”.

Qaynar.info