Ədliyyə Nazirliyi Kadrlar idarəsinin rəisi Rauf Məhərrəmovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı xəbərlər təkzib olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilib.
"Ədliyyə Nazirliyi mətbuat xidməti bildirir ki, həmin məlumatlar tamamilə uydurma olmaqla sensasiya xarakteri daşıyır və R.Məhərrəmov hazırda iş başındadır və öz vəzifəsini icra edir".
Qeyd edək ki, Rauf Məhərrəmov Bakı Dövlət Universitetinin işdən azad olunan rektoru Abel Məhərrəmovun qardaşıdır.