Xəbər lenti

Abituriyentlərin ixtisas seçimi başa çatır
Ölkə05:41 15.08.2013

Abituriyentlərin ixtisas seçimi başa çatır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ali məktəblərə müvafiq ixtisas qruplarından müsabiqə şərtini ödəyən abituriyentlər ixtisas seçimini davam etdirirlər.

Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən məlumat verilib. Abituriyentlərin ixtisas seçimi avqustun 15-də saat 00:00-da başa çatacaq.  

 Qeyd edək ki, müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 6-dan etibarən internet vasitəsilə ixtisas seçimi edirlər. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər.

Qaynar.info