Xəbər lenti

Abituriyentlərin ixtisas seçiminin müddəti uzadıldı
Ölkə07:25 15.08.2013

Abituriyentlərin ixtisas seçiminin müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası abituriyentlərin ixtisas seçiminin müddətini uzadıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, ixtisas seçimi avqustun 16-da saat 11:00-da başa çatacaq.
2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 6-dan internet vasitəsilə ixtisas seçimi edirlər.
İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.
Qaynar.info