Rusiyalı oliqarx Roman Abramoviçin nəzarətində olan Evraz şirkətinin səhmləri Böyük Britaniyanın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsindən sonra London ticarətində ucuzlaşıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Financial Times-ın yaydığı məlumatda bildirilir.
Cümə axşamı səhər Britaniya Abramoviçə qarşı sanksiyalar tətbiq edib, o, həmin vaxtadək ABŞ və ya AB-də heç bir məhdudiyyətə məruz qalmayıb. O, "Ukraynada sabitliyin pozulmasında və Evraz vasitəsilə Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə zərbə vurmaqda və təhdid etməkdə" ittiham olunur.
Evraz, Roman Abramoviçin nəzarətində olan Londonda yerləşən polad şirkətidir. Böyük Britaniya hökuməti onun potensial olaraq "Rusiya ordusu üçün tank istehsalında istifadə oluna biləcək polad təchizatında” iştirak etdiyini bildirib.
Britaniya hökumətinin açıqlamasından sonra şirkətin səhmləri ticarətdə 14% ucuzlaşıb.
Bir gün əvvəl, çərşənbə günü Evraz sanksiyaların mümkünlüyü ilə bağlı investorları sakitləşdirməyə çalışıb. Şirkət bəyan edib ki, o, "özünü Rusiya ilə əlaqəli hər hansı şəxsin adından və ya onun göstərişi ilə mülkiyyətində olan və ya fəaliyyət göstərən hüquqi şəxs hesab etmir və buna görə də bu cür qanunvericiliyə tabedir”.
Fevral ayında Abramoviç Britaniyanın Virciniya adalarında qeydiyyatdan keçmiş Greenleas International Holdings şirkəti vasitəsilə əvvəllər sahib olduğu Evraz-dakı 28,6% payına birbaşa nəzarəti ələ keçirib.
Xatırladaq ki, Britaniya yeddi rusiyalı oliqarxa qarşı yeni sanksiyalar tətbiq edib və siyahıya xüsusilə Roman Abramoviç, Oleq Deripaska və "Qazprom”un rəhbəri Milleri əlavə edib.
Alpər