Xəbər lenti

ABŞ alimləri “Süni Dəri” icad etdilər
Ölkə06:49 20.05.2016

ABŞ alimləri “Süni Dəri” icad etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ alimləri gözə görünməz elastik ərp icad ediblər. Həmin ərp yaşlı adamın üzünə, xüsusən göz ətrafı qırışlara çəkildikdə onları düzəldərək görünməz edir, dəri nəmliyini saxlamaqla onun vəziyyətini xeyli yaxşılaşdırır.

Dəriyə çəkilmiş ərp quruduqdan sonra isə cavan adamın dərisi kimi görünür, Nature Materials elmi jurnalında işıq üzü görmüş məqalə müəllifləri bildirib.

Hazırda bu məhsulun kommersiya miqyasında istehsala buraxılması məsələsi nəzərdən keçirilir. ABŞ alimlərinə görə, bu cür “ikinci dəri” gələcəkdə müəyyən növ dərmanların dozalaşdırılması və ya insan dərisinin günəş şüalarından qorunması məqsədi üçün istifadə oluna bilər.

Laboratoriya şəraitində polisiloksan polimerindən hazırlanan ərp silikon və oksigen molekullarının birləşməsindən əmələ gətirilir. Ərp süni yolla hazırlanmasına baxmayaraq, dərinin bioloji xüsusiyyətlərini təkrar edir və insan dərisinin nəfəs almasına əngəl yaratmır. //pahoo.az

Qaynarinfo.az