Xəbər lenti

ABŞ-da dəhşətli yanğın (FOTOLAR)
Dünya06:49 10.10.2017

ABŞ-da dəhşətli yanğın (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Kaliforniya ştatında şərabçılıq bölgəsində dəhşətli yanğın başlayıb.

"Qaynarinfo" "BBC"yə istinadən xəbər verir ki, bazar günü başlayan yanğın bu günə qədər 1500 ev külə çevirib. Sonoma bölgəsində 7 nəfər, Napadada 2, Mendokinoda isə 1 nəfər həlak olub.

Yaralıların və itkin düşənlərin olduğu bildirilir. 20 min sakin Napa, Sonoma, Yubanı tərk etmək məcburiyyətində qalıb. Üzüm bağlarında çalışan çox sayda insan evakuasiya edilib. Yanğın küləkli, quru hava səbəbilə qısa müddət ərzində ətraf bölgələrə yayılıb.

Səbəbi hələlik qeyri-müəyyən olan yanğına görə hökümət Kaliforniyada fövqəladə vəziyyət elan edib.

Gülşən

Qaynarinfo.Az