Xəbər lenti

ABŞ-da gecə klubundakılar gülləbaran edilib - Ölən və yaralananlar var
Dünya10:04 25.07.2016

ABŞ-da gecə klubundakılar gülləbaran edilib - Ölən və yaralananlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Florida ştatında gecə klubunda silahlı şəxs klubdakıları gülləbaran edib. 

"Qaynarinfo.Az" xarici mətbuata istinadən xəbər verir ki, Fort-Mayers şəhərindəki Club Blu-da baş verən hadisə nəticəsində iki nəfər ölüb, 17 nəfər yaralanıb. 

Silahlı şəxs gecə klubuna girib, adamlara atış açıb. Mətbuatın əldə etdiyi məlumata görə, klubda yeniyetmələr üçün parti keçirilirmiş, tədbir iştirakçıları arasında 13 yaşlılar da olub. Şahidlərin dediyinə görə, ard-arda 30 atəş açılıb. 

NBC-2 telekanalı isə atışmanın klub yaxınlığındakı maşın parkında başladığını bildirib. Hadisəni törədənlərdən biri yaxalanıb, o biri isə qaça bilib.

Bundan əvvəl isə NBC-2 telekanalı daha bir insidentlə bağlı məlıumat yayıb-Fort Mayersdə naməlum şəxs küçədə evlərə və maşınlara atəş acıb. Bu hadisə də "Club Bl"u ətrafında baş verib. Hadisə zamanı bir nəfər yaralanıb. 

Qızılgül
Qaynarinfo.Az