Xəbər lenti

ABŞ-da Çin konsulluğuna hücum
Dünya07:53 02.08.2017

ABŞ-da Çin konsulluğuna hücum

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın Los Anceles şəhərində Çin konsulluğuna silahlı hücum edilib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, orta yaşlı və asiyalı olduğu deyilən hücumçu konsulluğa 17 dəfə atəş açıb, sonra isə intihar edib. Hadisə səhər saatlarında baş verdiyi üçün konsulluqda heç kim olmayıb və buna görə də xəsarət alan və ölən yoxdur. Hadisə barədə açıqlama verən Çin konsulluğu bundan narahat olduqlarını deyib və ABŞ-dan təhlükəsizlik tədbirlərini artırmaq üçün kömək istəyib. 

Hadisənin səbəbi barədə hələlik bir şey deyilmir.

Qeyd edək ki, 2011-ci ildə də oxşar hadisə baş vermiş, Çin əsilli ABŞ vətəndaşı konsulluq binasına silahlı hücum təşkil etmişdi.

Gülşən

Qaynarinfo.Az